UEFA Flikin cəzasını ləğv etdi

  • Bu gün, 10:30

"Barselona"nın baş məşqçisi Hans-Diter Flik Çempionlar Liqasının 2025/26 mövsümünün əsas mərhələsinin ilk oyununda komandaya rəhbərlik edə biləcək.

Sportlife.az xəbər verir ki, UEFA alman mütəxəssisin diskvalifikasiyasını ləğv edib. Bu barədə qurumun saytında məlumat verilib.

Flik mayın 6-da Milanda keçirilən Çempionlar Liqasının 1/2 finalının “İnter”ə qarşı cavab oyunundan sonra 1 oyunluq diskvalifikasiya edilib və qeyri-idman hərəkətinə görə 20 min avro cərimə olunub.

"Barselona" Çempionlar Liqasının yeni mövsümünün ilk oyununda "Nyukasl"la qarşılaşacaq. Görüş sentyabrın 18-də baş tutacaq.


Paylaş: