
Zidan millinin sükanı arxasına keçir
Zinəddin Zidan Fransa millisinə baş məşqçi təyin olunması ilə bağlı federasiya ilə razılığa gəlib.
Sportlife.az xəbər verir ki, bu barədə “El Nacional” məlumat yayıb. Fransalı mütəxəssis DÇ-2026-dan sonra Didye Deşamı əvəzləyəcək.
Zidan 2016-2018 və 2019-2021-ci illərdə "Real"a rəhbərlik edib. Bu müddət ərzində "kral klubu" onun rəhbərliyi altında 3 dəfə Çempionlar Liqasının qalibi olub, 2 dəfə İspaniya çempionu olub və 2 dəfə İspaniya Superkubokunu qazanıb.