
Yeni transfer oynamadan zədələnib
"Qarabağ"ın yeni transferi Conatan Montiel zədələnib.
Sportlife.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov açıqlama verib.
53 yaşlı mütəxəssis ispaniyalı yarımmüdafiəçinin bərpasına bir qədər vaxtın lazım gələcəyini bildirib.
Qeyd edək ki, Conatan Montiel "Qarabağ"la avqustun 3-də 2 illik müqavilə bağlayıb. 27 yaşlı yarımmüdafiəçi hələ hazır olmadığı üçün Çempionlar Liqasına sifariş olunmayıb.