"Qarabağ"ın rəqibi xal itirdi

  • Bu gün, 11:50

"Benfika" Portuqaliya çempionatının 4-cü turunun “Santa Klara” ilə oyununda xal itirib.

Sportlife.az xəbər verir ki, qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.

Hesabı 59-cu dəqiqədə “Benfika” açıb, Vangelis Pavlidis fərqlənib. “Santa Klara” 90+3-cü dəqiqədə Vinisius Lopesin dəqiq zərbəsindən sonra hesabı bərabərləşdirib.

Qonaqlar 53-cü dəqiqədən etibarən meydanda azlıqda mübarizə aparıb. 

Bu, “Benfika” üçün cari mövsümdə ilk xal itkisi olub.

Qeyd edək ki, "Benfika" sentyabrın 16-da Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda "Qarabağ"ı qəbul edəcək.


Paylaş: