"İmişli"dən kobud səhv və lazımsız qələbə

  • Bu gün, 18:38

Azərbaycan Premyer Liqasının IV turunun ikinci oyun günündə “İmişli” və “Sumqayıt” komandaları üz-üzə gəlib.

Sportlife.az xəbər verir ki, Quba Olimpiya İdman Kompleksinin stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Baş hakim Tural Qurbanovun idarə etdiyi oyunda yeganə qol 72-ci dəqiqədə Mehdi Cənnətovun avtoqolu ilə qeydə alınıb.

Qələbəyə baxmayaraq, "İmişli"yə texniki məğlubiyyət veriləcək. Buna adı protokolda olmayan futbolçunun meydana girməsi səbəb olub. 

İbrahim Əliyev görüşün ikinci hissəsində Ezekiel Morqanın yerinə meydana çıxıb. 

Qeyd edək ki, günün növbəti qarşılaşmasında “Turan Tovuz” “Qəbələ”ni qəbul edəcək. “Azersun Arena”da keçiriləcək oyun saat 19:00-da başlayacaq.


Paylaş: