Millimiz finala çıxa bilmədi

  • Bu gün, 16:57

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Avropa çempionatında növbəti oyununu keçirib.

Sportlife.az xəbər verir ki, millimiz turnirin yarımfinalında Rumıniya yığması ilə qarşılaşıb. İtaliyanın Viareccio şəhərində təşkil olunan görüş rəqib komandanın 5:3 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində Sahib Məmmədov iki, Comərd Baxşəliyev bir vurub.

Azərbaycan millisi 3-cü yer uğrunda sentyabrın 14-də Qazaxıstan yığması ilə qarşılaşacaq.


Paylaş: