
Alim Nəbiyev MMA karyerasına qələbə ilə başladı
Yeddiqat dünya, üçqat Avropa çempionu Alim Nəbiyev MMA-da ilk döyüşünə çıxıb.
Sportlife.az xəbər verir ki, Bakıda keçirilmiş yarışda onun rəqibi iranlı Nezhad Vahid olub.
Nəbiyev rəqibini birinci raundda nokautla məğlub edərək, MMA karyerasına qələbə ilə start verib.
Qeyd edək ki, A.Nəbiyev növbəti dəfə oktyabrın 25-də Batumidə keçiriləcək "Grand Bellagio" turnirində rinqə çıxacaq.