
Erlinq Holann əfsanələri qabaqladı
"Mançester Siti"nin hücumçusu Erlinq Holann Mançester derbilərində qol+pas sistemində ikinci yerə yüksəlib.
Sportlife.az xəbər verir ki, norveçli forvard Premyer Liqanın 4-cü turunda 3:0 hesabı ilə qalib gəldikləri matçda dubl edib.
Futbolçu bu reytinqdə “Mançester Yunayted”in keçmiş hücumçuları Ueyn Runi və Erik Kantonanı qabaqlayıb.