Azərbaycan Kubokunun püşkü atıldı

  • Bu gün, 13:51

Həndbol üzrə Azərbaycan Kubokunun 2025/2026 mövsümünün püşkü atılıb.

Sportlife.az Həndbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, ümumilikdə 6 qadın ("Azəryol", "Bakı",  "İdman Akademiyası", "Kür", "Qarabağ",  "Təhsil") və eyni sayda kişi ("Azəryol", "Bakı", "Dinamo", "Kür", "Qarabağ", "Təhsil") komandaların qatılacağı yarışa 1/4 finaldan start veriləcək.

Bu mərhələdə kişilərin yarışında "Qarabağ" "Azəryol"la, "Təhsil" "Dinamo" ilə üz-üzə gələcək. Qadınların mübarizəsində isə "Təhsil" - "Qarabağ" və "İdman Akademiyası" - "Bakı" matçları keçiriləcək.

Qeyd edək ki, ötən mövsümün finalçıları turnirin yarımfinal mərhələsinə vəsiqə qazanıblar.


Paylaş: