“Barselona” rus futbolçu ilə maraqlanır

  • Bu gün, 15:55

“Barselona”  Moskva “Lokomotiv”inin yarımmüdafiəçisi Aleksey Batrakovla maraqlanır.

Sportlife.az xəbər verir ki, Kataloniya klubunun idman departamenti Batrakovun çıxışını izləyir və onun potensialını yüksək qiymətləndirir.

Aleksey "Barselona"nın transfer siyahısında olmasına baxmayaraq, klublar və ya futbolçunun təmsilçisi arasında heç bir rəsmi əlaqə olmayıb.

Bu mövsüm 20 yaşlı futbolçu 11 oyun keçirib, 10 qol vurub və 2 məhsuldar ötürmə edib.


Paylaş: