
Erik Abidal ölüb?
"Barselona" ilə Çempionlar Liqasının ikiqat, La Liqanın isə dördqat qalibi Erik Abidal ölümü ilə bağlı yayılan xəbərləri təkzib edib.
Sportlife.az xəbər verir ki, sosial mediada Abidalın ikinci qaraciyər nəqlindən sonra vəziyyətinin ağırlaşdığı və öldüyü barədə xəbərlər yayılmışdı.
Eks "Barselona"lı söz söhbətlərin ola biləcəyini, lakin hər şeyin qaydasında olduğunu bildirib: "Hörmət göstərməliyik. Ailəm, övladlarım var. Yaxşıyam və sağam. Dəstəyinizə və narahatlıq mesajlarınıza görə təşəkkür edirəm. Diqqətimizi həqiqətən vacib olana yönəldək".
Qeyd edək ki, 2011-ci ildə Abidala qaraciyər xərçəngi diaqnozu qoyulub. Əməliyyat olunandan sonra futbolçu meydana qayıdıb. Lakin o, xəstəlikdən tam qurtula bilmədiyi üçün 2012-ci ildə yenidən əməliyyat olunub.