Baş məşqçi 2 turdan sonra qovula bilər

  • Bu gün, 15:33

Rui Vitoriya "Panatinaikos"un baş məşqçisi vəzifəsindən qovula bilər.

Sportlife.az xəbər verir ki, yunan klubu ölkə çempionatına uğursuz başlayıb. İki turdan sonra komandanın cəmi bir xalı var.

Bir gün əvvəl Vitoriyanın komandası "Kifisiya"ya 2:3 hesabı ilə uduzub.

Qeyd edək ki, mütəxəssis 2024-cü ilin oktyabrından "Panatinaikos"a rəhbərlik edir.


Paylaş: