
Jiru "Liverpul"un müdafiəçisini fərqləndirdi
"Lill"in hücumçusu Olivye Jiru indiyə qədər oynadığı ən güclü müdafiəçinin adını açıqlayıb.
Sportlife.az xəbər verir ki, fransalı forvard Vircil van Deykin xüsusi fərqləndirib:
"O, mükəmməldir, sərtdir və səni arxadan vurur. Van Deyklə mübarizə aparmaq çətindir.
Mən öyünmək istəmirəm, amma tez-tez ondan uzaqlaşmağı, ətrafında olmağı və ya duel qazanmağı bacarmışam".
Van Deyk 2018-ci ildən "Liverpul"da çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 324 matça çıxıb, 28 qol vurub və 13 məhsuldar ötürmə edib.