"Barselona" düzgün yoldadır"

  • Bu gün, 18:56

"Barselona"nın yarımmüdafiəçisi Fermin Lopes La Liqanın 4-cü turunda "Valensiya" üzərində inamlı qələbəni (6:0) şərh edib.

Sportlife.az xəbər verir ki, futbolçu komandasının düzgün yolda olduğunu bildirib: "Matçın başlanğıcı çətin oldu. Yekun hesab bizim olduğumuz səviyyəni əks etdirir. Mesaj ötən mövsümlə eynidir: intensiv və təvazökarlıqla irəliləməliyik. Düzgün yoldayıq və eyni ruhda davam etməliyik".

"Barselona" hazırda 10 xalla La Liqada ikincidir. Turnir cədvəlinə "Real" başçılıq edir.


Paylaş: