"Kəpəz"dən 1000-ci oyun

  • Bu gün, 15:11

"Kəpəz" futbol klubu müstəqillik illərində 1000-ci rəsmi oyununu keçirib.

Sportlife.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqasının IV turu Gəncə təmsilçisi üçün əlamətdar olub. 

Qərb klubu yubiley matçında "Araz-Naxçıvan"a 0:2 hesabı ilə uduzub.

"Kəpəz" 1992-ci ildən indiyədək Premyer Liqada (əvvəl güclülər dəstəsi) 686, I Liqada (əvvəl birinci divizion) 177, ölkə kubokunda 110, avrokuboklarda 14, Birlik Kubokunda 13 qarşılaşmaya çıxıb.

Komanda bu görüşlərdə 415 qələbə qazanıb. 209 heç-heçəsi olan komanda 376 dəfə uduzub.

Yalnız 2006-2009-cu illərdə üç mövsüm fəaliyyətini dayandıran "Kəpəz" müstəqillik illərindəki oyun sayında ancaq "Qarabağ" və "Neftçi"dən geri qalır.

Qeyd edək ki, "Kəpəz" müstəqillik illərində ilk oyununu 1992-ci il mayın 3-də "Turan"a qarşı keçirib. Gəncə təmsilçisi ilk ölkə çempionatının açılış günündə 2:1 hesablı qələbə qazanıb.


Paylaş: