"Qarabağ" və "Neftçi"nin sabiq məşqçisi göndərildi

  • Bu gün, 16:30

"Şeffild Yunayted"in baş məşqçisi Ruben Selles istefaya göndərilib.

Sportlife.az xəbər verir ki, 42 yaşlı ispan mütəxəssis iyun ayından komandaya başçılıq edirdi. Onunla 3 illik müqavilə imzalanmışdı.

“Şeffild Yunayted” çempionatın 5 turundan sonra 1 qol vurub, 12 qol buraxmaqla bir xal da qazana bilməyib.

Bu nəticələrdən sonra komanda turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Qeyd edək ki, Selles vaxtilə "Qarabağ" və "Neftçi"də köməkçi məşqçi işləyib.


Paylaş: