"Real"ın ittihamlarına cavab

  • Bu gün, 13:30

La Liqa prezidenti Xavyer Tebas "Real"ın çempionatda hakimliklə bağlı şikayətlərinə münasibət bildirib.

Sportlife.az xəbər verir ki, o, Madrid klubunun şikayətində kiçik, orta və böyük klubların rastlaşdığı ədalətsizliklərə yer verəcəyinə inandığını bildirib.

"Lakin təkcə "Real" və "Barselona"nı müqayisə etsəniz, bu, qərəzli şikayət olacaq. İspan hakimliyi haqqında danışmaq üçün tam mənzərəni qiymətləndirmək lazımdır.

Bizdə 2005-ci ildən bəri Opta məlumatları var, bu da nəzərə alınmalıdır. Bütün klubların oyunları ilə bağlı geniş statistikamız var.

Bu hesabat tam mənzərəni əhatə etməlidir, vəziyyətə bütövlükdə baxmaq lazımdır. Amma İspaniya hakimliyində hər hansı qərəzin olduğunu demək olmaz".


Paylaş: