
Rəqibini vurduğu üçün diskvalifikasiya olundu
Almaniya Futbol Federasiyası "Frayburq"un yarımmüdafiəçisi Yohan Manzambini 2 oyunluq diskvalifikasiya olunduğunu təsdiqləyib.
Sportlife.az xəbər verir ki, 19 yaşlı futbolçu "Ştutqart”la görüşdə (3:1) rəqibinin başına zərbə endirdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.
Futbolçu Bundesliqada "Verder" və "Hoffenhaym"la görüşləri buraxsa da, Avropa Liqası matçlarında iştirak edə biləcək.
Manzambi bu mövsüm 4 matçda 1 məhsuldar ötürmə edib.