"Everton" istənilən təklifi rədd edəcək

  • Bu gün, 14:07

"Everton" 2026-cı ildə müdafiəçi Carred Brantueyt üçün istənilən təklifi rədd edəcək.

Sportlife.az xəbər verir ki, klub 23 yaşlı futbolçunun xidmətlərindən uzun illər yararlanmaq istəyir. O, İngiltərə klubuna 2023-cü ildə PSV-dən keçib.

Bu yaxınlarda oyunçunun müqaviləsi 2030-cu ilə qədər uzadılıb. Brantueyt ötən mövsüm 33 matçda 1 məhsuldar ötürmə edib.

Transfermarkt oyunçunun transfer dəyərini 50 milyon avro qiymətləndirir.


Paylaş: