Əliyar Ağayev Çempionlar Liqasında

  • Bu gün, 12:51

FIFA referisi Əliyar Ağayev UEFA-dan yeni təyinat alıb.

Sportlife.az xəbər verir ki, 37 yaşlı hakim Çempionlar Liqasının əsas mərhələsinin oyununu idarə edəcək.

O, sentyabrın 18-də Danimarkada “Kopenhagen” və Almaniyanın “Bayer” klubları arasında keçiriləcək ilk tur matçının baş hakimi olacaq.

Ağayevə yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.


Paylaş: