
"Arsenal"da ciddi itkilər
"Arsenal"ın kapitanı Martin Odeqar və digər aparıcı futbolçular Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda "Atletik"lə səfər matçında iştirak edə bilməyəcək.
Sportlife.az xəbər verir ki, baş məşqçi norveçli yarımmüdafiəçidən başqa, Mikel Arteta Qabi, Kay Haverts və Ben Uaytın zədə səbəbindən hələ də heyətdə olmadığını deyib.
O, zədəsini sağaldan bəzi futbolçuların isə tam hazır olmadığını bildirib.
Qeyd edək ki, Martin Odeqar "Nottinqem Forest"lə matçda uğursuz yıxıldıqdan sonra zədələnib.