Dümfris Mançester nəhənglərinin hədəfində

  • Bu gün, 16:10

"İnter"in müdafiəçisi Denzel Dümfris karyerasını İngiltərədə davam etdirə bilər.

Sportlife.az xəbər verir ki, 29 yaşlı futbolçu ilə “Mançester Siti” və “Mançester Yunayted” maraqlanır. Hər iki klub növbəti transfer pəncərəsində niderlandlı oyunçunu transfer etmək istəyir.

Dümfris "İnter"in heyətində 181 oyun keçirib, 23 qol vurub və 26 məhsuldar ötürmə edib.


Paylaş: