"Qəbələ"nin futbolçusu dünya çempionatında

  • Bu gün, 16:30

“Qəbələ”nin gənc futbolçusu Salihu Nasiru FIFA U-20 dünya çempionatında iştirak edəcək.

Sportlife.az xəbər verir ki, 18 yaşlı oyunçu Çilidə keçiriləcək mundialda mübarizə aparacaq Nigeriya millisinin 21 nəfərlik heyətinə daxil edilib.

Nigeriya U-20 millisi sentyabrın 27-də start götürəcək dünya çempionatının final mərhələsində F qrupunda Kolumbiya, Səudiyyə Ərəbistanı və Norveç komandaları ilə mübarizə aparacaq.

Qeyd edək ki, Salihu Nasiru daha əvvəl Nigeriyanın U-20 millisinin heyətində 4 oyunda iştirak edib.


Paylaş: