Yamalın zədəsi ciddidir

  • Bu gün, 10:31

"Barselona"nın cinah oyunçusu Lamine Yamalın zədəsi gözlənildiyindən daha ciddidir.

Sportlife.az xəbər verir ki, 18 yaşlı futbolçu La Liqada "Xetafe" (21 sentyabr) və "Real Ovyedo" (23 sentyabr) ilə matçları buraxa bilər. Yamalın Çempionlar Liqasında "Nyukasl"la matçda (18 sentyabr) oynamayacağı da artıq məlumdur.

Yamal avqustun 23-də "Levante" ilə oyun zamanı qasıq ağrıları hiss etməyə başlayıb.


Paylaş: