Turində rekord təkrarlandı

  • Bu gün, 11:32

Çempionlar Liqasının ilk turunda "Yuventus" doğma meydanda "Borussiya" (Dortmund) ilə 4:4 hesablı heç-heçə edib.

Sportlife.az xəbər verir ki, bütün qollar ikinci hissədə, 52-ci dəqiqədən 90+6-cı dəqiqəyə kimi olan aralıqda vurulub.

İkinci yarıda vurulan səkkiz qol turnirin rekordunu təkrarlayıb. Bu, daha əvvəl "Bavariya" - "Dinamo" (Zaqreb) matçında (17 sentyabr 2024-cü il) qeydə alınmışdı.


Paylaş: