
Kamilo Duran: "Hesabda geri düşsək də..."
"Qarabağ"ın hücumçusu Kamilo Duran Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda "Benfika" üzərində qazanılan qələbəni (3:2) şərh edib.
Sportlife.az xəbər verir ki, kolumbiyalı forvard UEFA-nın rəsmi saytına açıqlamasında bunları söyləyib:
"Bu qələbəyə çox sevindik. Xoşbəxtlikdən qol vurmağı bacardım. Bunun asan olmayacağını bilirdik, amma çox çalışdıq və üç xal qazandıq. Startda bir az diqqətimizi yayındırdıq, 0:2 hesabı ilə geri düşdük, amma təslim olmadıq. Daim irəli getməyə çalışdıq və istəyimizə - qələbəyə nail olduq".
Çempionlar Liqasının növbəti turunda “Qarabağ” evdə “Kopenhagen”lə, “Benfika” isə “Çelsi” ilə qarşılaşacaq.