Kənan Yıldızın qələbə şərhi

  • Bu gün, 14:07

"Yuventus"un hücumçusu Kənan Yıldız Çempionlar Liqasının ilk turunda Dortmund "Borussiya"sı ilə 4:4 hesablı heç-heçə etdikləri oyunla bağlı fikirlərini bölüşüb.

Sportlife.az xəbər verir ki, türkiyəli futbolçu bunun Turin komandası üçün yaxşı nəticə olduğunu söyləyib:

"Gözəl qol vurmağı bacardım. Həmişə fərqlənməyə çalışıram, amma ən əsası, məğlubiyyətdən qaçmağımızdır. İkinci hissə inanılmaz keçdi. 8 qol vuruldu və yekunda heç-heçə bizim üçün yaxşı nəticə sayıla bilər".

Çempionlar Liqasının ikinci turunda “Yuventus” səfərdə “Vilyarreal”la, Dortmund “Borussiya”sı isə “Atletik"lə qarşılaşacaq.


Paylaş: