
"İndi günah axtarmağın vaxtı deyil"
"Benfika"nın kapitanı Nikolas Otamendi Çempionlar Liqasının ilk turunda "Qarabağ"a 2:3 hesablı məğlubiyyəti şərh edib.
Sportlife.az xəbər verir ki, argentinalı futbolçu bunları söyləyib:
"Nələri təkmilləşdirməli olduğumuzu başa düşmək üçün özümüzü tənqidə ehtiyacımız var. İndi günah axtarmağın vaxtı deyil. Qarşıda yol uzundur və heç kim əminliklə deyə bilməz ki, qələbə qazansaq belə, Çempionlar Liqasının növbəti mərhələsinə vəsiqə qazanacaqdıq. Sadəcə bunu qəbul edib irəli getməliyik.
Düşünürəm ki, 2-0 öndə olmaq və ilk hissədə qol buraxmaq məyusedicidir. Biz irəli getməli və daha çox çalışmalıyıq. Yaxşı oynamalı və hər matçda üç xal qazanmalıyıq. Qalib gəlsək, birlikdə qalib gəlirik, uduzduqda isə özümüzə tənqidi yanaşmaq lazımdır”.