Millinin sabiq üzvü oyun zamanı öldü

  • Bu gün, 13:56

Serbiya millisinin sabiq yarımmüdafiəçisi Deyan Milovanoviç vəfat edib.

Sportlife.az xəbər verir ki, keçmiş futbolçu veteranların görüşü zamanı dünyasını dəyişib.

"Srvena Zvezda" veteranlarının heyətində meydana çıxan oyunçu qol vurduqdan bir neçə dəqiqə sonra huşunu itirib. İddiaya görə, Milovanoviç "ikiqat infarkt" keçirib. Tibb işçiləri onun həyatını xilas edə bilməyiblər.

Milovanoviç "Srvena Zvezda", "Vozdovaç", "Lans" və "Panionios"da çıxış edib. 2006-cı ildə Serbiya çempionatının ən yaxşı oyunçusu seçilib.


Paylaş: