Baş hakimi vurmağa cəhd edən futbolçunun cəzasını açıqladı

  • 30 Aprel 2024, 14:14

AFFA İntizam Komitəsi Həvəskar Liqanın I turu çərçivəsində keçirilən "Ərkivan" (Masallı) - "Şirvan" oyununda baş verən qayda pozuntuları ilə bağlı cəzaları açıqlayıb.

Sportlife.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, matçın 88-ci dəqiqəsində qonaq komandanın futbolçusu Taleh Fətəliyev hakimlər briqadasının ünvanına təhqiramiz ifadələr işlətdiyinə və baş hakimi vurmağa cəhd etdiyinə görə 5 oyunluq diskvalifikasiya edilib.

Qarşılaşmanın son anlarında isə meydan sahiblərinin azarkeşləri hakimlər briqadasını vurmağa cəhd ediblər. “Ərkivan” klubu bu səbədən növbəti 3 ev görüşünü azarkeşsiz keçirəcək.


Paylaş: