"Beşiktaş"dan çətin qələbə

  • 4 May 2024, 10:22

"

Beşiktaş" Türkiyə Superliqasında 35-ci tur oyununa çıxıb.

Sportlife.az xəbər verir ki, İstanbul təmsilçisi "Rizespor"u qəbul edib. Matç meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. "Beşiktaş" qalibiyyət qolunu 90+7-ci dəqiqədə vurub.

"Beşiktaş" - "Rizespor" - 3:2
Qollar:
Olavoyin, 5 (0:1), Kolli, 7 (1:1), Raşiça, 65 (2:1), Topçu, 68 (2:2), Uorrall, 90+7 (3:2)

Bu qələbə ilə xalını 54-ə (35 oyun) çatdıran "Beşiktaş" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb, "Rizespor" 49 xalla 8-cidir. "Qalatasaray" 93 xalla (34 oyun) 1-ci, "Fənərbaxşa" 89 xalla (34 oyun) 2-ci, "Trabzonspor" 58 xalla (34 oyun) 3-cü pillədə yer alıb.

 


Paylaş: