Emin Mahmudov: "Santuşun yaşının neçə olması önəmli deyil"

  • 13 İyun 2024, 17:01

"Fernandu Santuş Portuqaliya komandası ilə böyük nəticələr qazanıb. Ümid edirəm ki, bizim millidə də uğurlu olar".

Bu sözləri Sportlife.az saytına "Neftçi"nin və yığmamızın kapitanı Emin Mahmudov təcrübəli mütəxəssisin milliyə baş məşqçi təyin edilməsi barədə danışarkən deyib. O, daha sonra belə davam edib:

"Biz əlimizdən gəldiyi qədər kömək edərik ki, birlikdə yaxşı nəticələr qazanaq. Burada təkcə məşqçi yox, bütün Azərbaycan futbolda inkişaf etməlidi. Əsas da futbolçular. Birlikdə yaxşı nəticələr qazanacağımıza ümid edirəm. Santuşun yaşının neçə olması önəmli deyil".


Paylaş: