
Kapitan klubda qalacaq
"Çelsi”nin müdafiəçisi və kapitanı Ris Ceyms yaxın transfer dönəmində komandasını tərk etməyəcək.
Sportlife.az xəbər verir ki, son aylarda mediada yayılan şayiələrə baxmayaraq, londonlular 25 yaşlı futbolçu ilə yollarını ayırmaq variantını heç vaxt nəzərdən keçirməyib.
Klub rəhbərliyi Ceymsi “Çelsi”nin hazırkı layihəsinin əsas hissəsi hesab edir. O, bu mövsüm bütün turnirlərdə 25 oyunda iştirak edib, 2 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
İngiltərəli futbolçunun klubu ilə müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.