“Kəpəz” canlanır: Yeni nəfəs, yoxsa yeni nəğmə?

  • Bu gün, 17:06

İllər sonra “Kəpəz” nəhayət ki, yeni rəhbərliyinə və yeni himayədarlarına qovuşdu. Klubun İdarə Heyətinin sədri təyin olunan Namiq Qədirov ilk açıqlamaları ilə həm maraq oyatdı, həm də azarkeşlərdə ümid işığı yandırdı. Qədirovun “Premyer Liqada qalmaq uğrunda mübarizə artıq bizim hədəfimiz deyil” sözləri klubun iddialı mərhələyə qədəm qoymaq niyyətindən xəbər verir.

Bununla yanaşı, o, uşaq futboluna xüsusi diqqət ayıracaqlarını da vurğulayıb. Bu, yalnız strateji yanaşma deyil, həm də dayanıqlı uğurun müjdəsi ola bilər.

Amma Azərbaycan futbolunun reallığında bu cür bəyanatlar bizə yad deyil. Təzə təyin olunan rəhbərlərin şirin "avaz”larını çox eşitmişik. Əsas məsələ bu vədlərin necə və hansı səviyyədə reallaşacağıdır. Plan varmı? Struktur dəyişiklikləri arxasında real addımlar dayanıbmı? Onu da zaman göstərəcək...

“Kəpəz” təkcə bir klub deyil – tarixdir, mədəniyyətdir, Gəncənin futbol nəfəsidir. Bu nəfəsi canlandırmaq üçün sadəcə söz deyil, sistemli fəaliyyət və güclü iradə lazımdır.

Mirələm HƏSƏNLİ 


Paylaş: