
"Neftçi" - "Beşiktaş" matçının biletləri cəmi 9 dəqiqəyə satıldı
Bakıda “Neftçi” və “Beşiktaş” arasında keçiriləcək UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununa böyük maraq var.
Sportlife.az xəbər verir ki, qarşılaşma üçün satışa çıxarılmış biletlərin hamısı cəmi 9 dəqiqəyə satılıb.
Qeyd edək ki, avqustun 10-da “Neftçi Arena”da oynanılacaq görüş saat 21:00-da başlayacaq.