"Sabah" Gənclər Liqasının qalibi oldu

  • 25 Aprel 2024, 19:55

AFFA Gənclər Liqasının qalibi müəyyənləşib.

Sportlife.az xəbər verir ki, Liqanın 31-ci turunda evdə “Kəpəz”i 5:0 hesabıyla məğlub edən “Sabah”ın U-19 komandası mövsümün sonuna 2 tur qalmış çempionluğunu rəsmiləşdirib.

Bununla da “Sabah” növbəti mövsümdə Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək.

Qeyd edək ki, son 6 mövsümdür Gənclər Liqasının qalibi "Qəbələ" olurdu.


Paylaş: