Məşhur tennisçidən gözlənilməz qərar

  • 5 May 2024, 22:25

Tennis həvəskarları Romada keçiriləcək Masters seriyalı turniri maraqla gözləyirlər.

Sportlife.az xəbər verir ki, yarış ərəfəsində çexiyalı İrji Leqeçkanın qəbul elədiyi qərar əksəriyyəti təəccübləndirib.

Reytinqdə 31-ci yerdə olan tennisçi Roma turnirində iştirak etməyəcəyini açıqlayıb.

Madrid turnirinin yarımfinalında belindən zədələnən Leqeçkanın İtaliya paytaxtında korta çıxacağı gözlənilsə də o, pərəstişkarlarını bir qədər də intizarda qoymağa üstünlük verib. 

Qeyd edək ki, sözügedən yarışa mayın 8-də start veriəcək. 


Paylaş: