"Barselona" İspaniya çempionu oldu

  • 5 May 2024, 12:05

"Barselona"nın qadınlardan ibarət komandası İspaniya çempionu olub.

Sportlife.az xəbər verir ki, kataloniyalılar 26-cı turda "Qranada"nı 4:1 hesabl ilə məğlub edib və mövsümün sonuna 4 tur qalmış ən yaxşı izləyicisi "Real"ı 15 xal qabaqlayıb. Hazırda "Barsa"nın 76, "Real"ın 61 xalı var.

Bununla da, “Barselona”nın qadınlardan ibarət komandası İspaniyanın doqquzqat çempionu olub. Komanda ardıcıl 5-ci dəfədir bu uğura nail olur..


Paylaş: