Sumqayıt Antalyada 4 yoxlama oyunu keçirəcək

Sumqayıt Antalyada 4 yoxlama oyunu keçirəcək

  • 10 Yanvar 2018, 15:49

“Sumqayıt” yanvarın 5-dən etibarən Premyer Liqanın ikinci yarısı üçün hazırlığa start verib. Sportlife.az xəbər verir ki, komanda baş məşqçi Samir Abasovun planına əsasən, hazırlığın ilk hissəsini yanvarın 19-dək Sumqayıtda keçəcək.

Bu müddət ərzində "Sumqayıt" 2 yoxlama oyununda qüvvəsini sınayacaq. Komanda yanvarın 15-də "Qaradağ Lökbatan", 18-də isə "Səbail"lə öz stadionunda üz-üzə gələcək.

“Sumqayıt” hazırlığın ikinci mərhələsini isə yanvarın 21-dən fevralın 4-dək Türkiyədə davam etdirəcək. Təlim-məşq toplanışını Antalyanın Side bölgəsində keçəcək komanda "The Sense De Luxe" hotelində məskunlaşacaq. "Sumqayıt" qonşu ölkədə 4 yoxlama oyunu keçirəcək. Samir Abasovun rəhbərlik etdiyi komanda yanvarın 25-də Polşanın "Poqon", 28-də Makedoniyanın "Akademiya Pandev", 31-də Rusiyanın "Anji", fevralın 3-də isə Serbiyanın "Mladost" klubları ilə qarşılaşacaq.


Paylaş: