"Turan Tovuz" bu futbolçu ilə danışıqlara başladı

  • 28 Mart 2024, 16:08

"Turan Tovuz" növbəti mövsümün planlamasına start verib.

Sportlife.az saytının əldə etdiyi məlumata görə, bölgə təmsilçisi icarə əsasında komandada çıxış edən Xəyal Nəcəfovu transfer etmək istəyir. Müqavilə ilə "Neftçi"yə məxsus oyunçunun yayda "ağ-qaralar"la sözləşməsi başa çatır.

Bu fürsətdən istifadə edən "Turan Tovuz" Nəcəfovla danışıqlara başlayıb və tərəflər arasında şifahi razılıq əldə olunub. 27 yaşlı yarımmüdafiəçi növbəti mövsüm böyük ehtimalla Tovuz klubunun formasını geyinəcək. 


Paylaş: