
"Turan Tovuz"un müdafiəçisinə milli dəvət
"Turan Tovuz" klubunun moldovalı futbolçusu Denis Marandiçi ölkəsinin yığmasına dəvət alıb.
Sportlife.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 28 yaşlı müdafiəçi Moldova millisinin qarşıdakı 2 oyununda iştirak edəcək.
Qeyd edək ki, Moldova yığması noyabrın 16-da Millətlər Liqasında Andorra ilə qarşılaşacaq. Komanda bundan üç gün sonra Cəbəllütariqlə yoxlama matçında qüvvəsini sınayacaq.