
MY-nın seriyası davam edir
Avropa Liqasının yarımfinal mərhələsinin ilk oyununda "Mançester Yunayted" səfərdə "Atletik"i 3:0 hesabı ilə məğlub edib.
Sportlife.az xəbər verir ki, Ruben Amorimin komandası hələ də avrokuboklarda 2024/25 mövsümündə məğlub olmayan yeganə klub olaraq qalır. "Qırmızı şeytanlar"ın 8 qələbəsi və 5 heç-heçəsi var.
Komandalar arasında cavab matçı mayın 8-də “Old Trafford” stadionunda keçiriləcək.