
PSJ-də şok itki
PSJ-nin hücumçusu Usman Dembele sağ bud nahiyəsindən zədə alıb.
Sportlife.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bərpa müddəti daha sonra elan ediləcək.
"Dembele həftə ortasında zədə aldı, lakin vəziyyəti yaxşılaşır", - deyə klubun açıqlamasında bildirilib.
Qeyd edək ki, 27 yaşlı fransız bu mövsüm PSJ-nin heyətində 45 matçda 33 qol vurub və 12 məhsuldar ötürmə edib. Parislilər Çempionlar Liqasının yarımfinalında “Arsenal”la cavab matçını mayın 7-də keçirəcək.