
"Belə oyunla harasa getmək çətindir"
Azərbaycan Premyer Liqasının XXXIII turunun “Zirə” – “Turan Tovuz” oyunundan (1:0) sonra qonaq komandanın baş məşqçisi Kurban Berdıyev jurnalistlərin suallarını cavablandırıb.
Sportlife.az xəbər verir ki, rusiyalı mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib.
– “Turan Tovuz” avrokuboklara vəsiqə qazansa, nəyə ümid edə bilər?
– Gəlin, əvvəlcə harasa getməyin özü barədə düşünək. Təbii ki, belə oyunla harasa getmək çətindir. Komandamın oyunundan razı qalıb-qalmamağıma gəlincə, müəyyən məqamlarda razı qaldım. Amma ümumilikdə yox. Həvəsli idik. Bu bizi razı saldı. Əks-hücumlar barədə oyunçularımı xəbərdar etmişdim, ancaq olmadı.
– Həm “Zirə”, həm də “Araz-Naxçıvan” sizinlə matçlarda azlıqda qalmışdı. Bundan faydalanamağı niyə bacarmırsınız? Rəqiblərinizin qırmızı vərəqə alması nəyə görə komandanın əleyhinə işləyir?
– Təbii ki, bu, xokkey deyil ki, 100 faiz yoxluq özünü göstərsin. Doğrudur, hardasa üstünlük verir. Amma bəzən tam üstünlük olmur. “Zirə” də ağıllı müdafiə olunurdu. Praktiki olaraq, bizim şansımız yox idi.
– “Traktor” tarixində ilk dəfə İran çempionu oldu. Onlar haqda nə düşünürsünüz?
– “Traktor”un rəqibinin də nəticəsindən çox şeyin asılı olduğunu bilirdim. Çempion olduqlarını indi eşidirəm. “Traktor”u təbrik edirəm. Mohammed Reza Zonusini də təbrik edirəm, uzun müddət idi ki, bu yöndə irəliləyirdi. Allaha şükürlər olsun ki, bu baş verdi. Mütləq onu təbrik edəcəyəm.
– Avrokuboklara yollanmaqdan ötrü, “Qarabağ”a kubokun finalında azarkeşlik etməkdən başqa çarə görürsünüz?
– Sözsüz ki, belə olacaq. Amma “Araz-Naxçıvan”ın da büdrəməyini gözləyəcəyik. 3 oyunumuz qalıb ki, onları qazanmalıyıq.