"Dinamo" da Sumaya "elçi düşdü"

  • Dünən, 14:54

“Zirə” hücumçusu Salifu Sumanı heyətdə saxlamaqda çətinlik çəkəcək.

Sportlife.az xəbər verir ki, 21 yaşlı futbolçu ilə maraqlanan klubların sayı getdikcə artır.

Ötən gün Bolqarıstan təmsilçisi “Lüdoqorets”in bu transfer müqabilində Azərbaycan klubuna 800 min avro ödəməyə hazır olduğu barədə məlumat yayılmışdı. Həmçinin Fransa, Rusiya və Türkiyə klubları da qvineyalının durumunu nəzərdən keçirir.

İndi isə bu mübarizəyə yenidən Kiyev “Dinamo”su qoşulub. Ukrayna klubu gənc cinah oyunçusu sayəsində hücum xəttini gücləndirəcəyini düşünür. Ukrayna mətbuatının yaydığı məlumata görə, “Dinamo”nun baş məşqçisi Aleksandr Şovkovski bu keçidin baş tutması təqdirində Sumanı pleymeyker mövqeyində oynatmağı planlaşdırır.

Qeyd edək ki, Salifu Sumanın “Zirə” ilə müqavilə müddəti 2027-ci ilin yayına qədərdir. O, bu mövsüm ümumilikdə 35 oyunda 11 qol vurub, 6 məhsuldar ötürmə verib.


Paylaş: