Qızıl medalçı: "Bütün bacarığımı ortaya qoydum"

  • Dünən, 13:57

"Ötən illə müqayisədə budəfəki çıxışım daha yaxşı alındı".

Sportlife.az xəbər verir ki, bunu Azərbaycan avarçəkəni Əlimurad Hacızadə “Prezident Kuboku-2025” beynəlxalq reqatasında jurnalistlərə açıqlamasında deyib.

Kayak növündə 1000 metr məsafəyə mübarizədə qızıl medal qazanan idmançı qələbəyə görə şad olduğunu söyləyib: "Çox gərgin və mübarizəli reqata oldu. Soyuqqanlı şəkildə mübarizəmizi davam etdirdik. Bütün bacarığımı ortaya qoydum. Rəqiblərimlə artıq bir neçə dəfə qarşılaşmışdım. Ötən illə müqayisədə budəfəki çıxışım daha yaxşı alındı".


Paylaş: