"Zirə"nin oyununun hakimi dəyişdi

  • Dünən, 18:07

Misli Premyer Liqasının XXXIII turunda bu gün keçiriləcək “Zirə” – “Turan Tovuz” oyununun hakimlər briqadasında dəyişiklik olub.

AFFA-dan Sportlife.az-a verilən məlumata görə, köməkçi hakim Namik Hüseynovun səhhətində problem yarandığı (yüksək hərarət) üçün onu Teymur Teymurov əvəz edib.

Qeyd edək ki, Zirə İdman Kompleksinin stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.


Paylaş: