Yığmanın sabiq futbolçusu xərçəngdən öldü

  • Dünən, 17:53

Latviya millisinin sabiq yarımmüdafiəçisi Andrey Proxorenkov dünyasını dəyişib.

Sportlife.az xəbər verir ki, veteran futbolçu 48 yaşında vəfat edib.

Latviya KİV-lərinin məlumatına görə, Proxorenkova ötən ilin sonunda bədxassəli şiş diaqnozu qoyulub. Vəziyyəti pisləşdiyi üçün onun Almaniyadakı klinikaya daşınmasına qərar verilib və keçmiş futbolçunun müalicəsi üçün pul yığılması təşkil edilib.

Proxorenkov Avro-2004-də iştirak edib və hər üç oyunda meydana çıxıb.


Paylaş: