Yamala nə olub?
"Barselona"nın hücumçusu Lamin Yamalın İspaniya La Liqasının 30-cu turunun "Atletiko" ilə oyundakı (2:1) davranışı birmənalı qarşılanmayıb.
Sportlife.az xəbər verir ki, onun hücumçu, qapıçı məşqçisi, eyni zamanda standart zərbələr və strategiyaya cavabdeh olan Xose Ramon de la Fuentedən aldığı məlumat və təlimatlardan təsirləndiyi iddia olunur.
"Barselona"nın ulduzu meydanı tərk edərkən bədən dilindən narazılığını açıq şəkildə ifadə edib.
Yamal 87-ci dəqiqədə "Barselona"nın hücumçusu Robert Levandovskinin vurduğu qələbə qolunu qeyd etməyib və sadəcə meydanda addımlayıb. Final fitindən sonra isə baş məşqçi Hansi Flikin yanından keçib. Alman onu dayandırmağa çalışsa da, oyunçu məşqçinin hərəkətlərindən yayınıb.