Vinisiusdan yekun qərar
"Real"ın hücumçusu Vinisius klubla müqaviləsini uzatmaq istəyir.
Sportlife.az xəbər verir ki, braziliyalı futbolçu bu niyyətini açıq etiraf edib:
"Ümid edirəm ki, burada uzun müddət qala bilərəm. Müqaviləmdə hələ 1 il qalıb, amma tamamilə sakitəm. Prezidentin etibarını qazanmışam. Vaxtı çatanda müqaviləmi yeniləyəcəyəm və uzun müddət burada qalacağam, çünki bu, mənim xəyalımdakı klubdur".